Əlaqə Arxiv
news Image
2015.02.06
12:57
| A A A
Muğanbank plastik kartlarının sahiblərinə endirimlər!
Muğanbank-dan "Visa" və "MasterCard" plastik kartlarına sahib olmaqla siz nəinki müasir ödəniş vasitələrinə malik olursunuz, eyni zamanda müxtəlif mal və xidmətlərin alışı zamanı əhəmiyyətli endirimlərdən faydalanmaq kimi əlavə üstünlüklər əldə edirsiniz.

Müştərilərimiz üçün yeni təklif - www.garden.az onlayn mağazasında alış-veriş zamanı ödənişi Muğanbankın "Visa" və ya "MasterCard" plastik kartı ilə etdikdə aldığınız malın qiymətinin 5-10% həcmində endirim əldə edəcəksiniz!

Qeyd edək ki, "Muğanbank" ASC ilə aparıcı onlayn gül mağazalarından biri olan, geniş çeşiddə gül və hədiyyələr təklif edən Garden mağazasının birgə həyata keçirdikləri hazırkı aksiya 01 fevral 2015-ci il tarixindən başlamış və müddətsizdir.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 44 filialı və 6 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir."Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Muğanbank-ın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün bankın Məlumat Mərkəzinə +99412 564 35 11 zəng edə və yawww.muganbank.az saytına, həmçininhttps://www.facebook.com/pages/Muganbank/106864156005722…Facebook səhifəsinə keçid ala bilərsiniz.
Sizin Reklam Yeriniz