Əlaqə Arxiv
news Image
2015.02.07
14:19
| A A A
Neftdə rekord bahalaşma!
Neftin qiyməti iki həftə ərzində sürətlə rekord dərəcədə artıb.

Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, neftin qiymətinin belə bir dinamika ilə artımı ilk dəfə 1998-ci ildə müşahidə olunub.

Belə ki, ICE Futures London birjasında Brent markalı neftin bir barrelinin qiyməti 1,58 dollar (2,79%) arataraq 58,15 dollara qədər yüksəlib.

Bundan əvvəl isə dünya bazarlarında neftin bir barrelinin qiyməti 3% artıb. Son iki həftədə isə Brent markalı neftin bir barreli 18% bahalaşıb. Belə bir tendensiya ilk dəfə 1998-ci ildə müşahidə edilmişdi.

Qeyd edək ki, yanvarın 26-da OPEK rəhbəri Abdulla əl-Bədri bəyan etmişdi ki, yaxın vaxtlarda neftin bir barrelinin qiyməti 200 dollar olacaq.

Əl-Bədrinin sözlərinə görə, neft bazarında özünü tənzimləmə əlamətləri görünür. Çünki enerji şirkətləri xərcləri kəsərək, sərmayələri azaldır. Bu isə istehsalın azalması ilə nəticələnir. ABŞ-da fəaliyyət göstərən quyuların sayı nəzərəçarpacaq dərəcədə azalıb.
Sizin Reklam Yeriniz