Əlaqə Arxiv
news Image
2015.02.19
13:45
| A A A
Fond sədri vətəndaşları qəbul etdi
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bu gün DSMF-nin Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt şəhərinin, Abşeron, Xızı və Qubadlı rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün növbəti qəbul keçirib.
Fondun İctimaiyyətlə əlaqələr sektorundan Movqe.az-a verilən məlumata görə, DSMF-nin məsul əməkdaşlarının, Sumqayıt şəhərinin, Abşeron, Xızı və Qubadlı rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbulda ümumilikdə 25-dək vətəndaşın müraciətlərinə baxılıb. Müraciətlər əsasən sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələləri əhatə edib. Müraciətlərin bir neçəsi məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub. Bundan başqa müraciətlərin bir qismi isə DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələləri əhatə edib. Fond sədri bu tipli müraciətlərlə qəbula gələn vətəndaşlara həm hüquqi, həm də digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara ünvanlanacağını söyləyib.
Qəbul zamanı bütün müraciətlərə operativ şəkildə baxılıb və E. Mehdiyev qaldırılan məsələlərin həll olunması üçün müvafiq rayon şöbələrinin rəhbərlərinə, həmçinin Fondun digər vəzifəli şəxslərinə konkret tapşırıqlar verib. DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyatı orqanlara müraciət edilməsi qərara alınıb.
Sizin Reklam Yeriniz