Neftin qiyməti yaxın illərdə $70-ı keçməyəcək
Rusiya maliyyə nazirinin proqnozuna görə yaxın
illərdə neftin qiyməti 70 dollardan artıq olmayacaq.
Anton Siluanov deyib ki, büdcə doldurulması üzrə dinamikanın mənfiyə doğru dəyişəcəyini gözləyir.
"İlin əvvəlindən martın 19-na kimi büdcə gəlirləri 6 faiz
azalıb".
Movqe.az Milli.Az-a istinadən bildirir ki, bundan əvvəl Siluanov
Rusiya valyutasının yeni neft qiymətinə uyğunlaşdığı üçün rublun
zəifləməsinə heç bir əsasın olmadığını deyib.
Martın əvvəlində nazir 2015-ci ildə inflyasiya səviyyəsinin
12,2% olacağını bildirmişdir.
Hazırda isə o inflyasiya səviyyəsinin 12 faizdən aşağı olacağını
hesab edir.