Əlaqə Arxiv
news Image
2012.08.22
12:53
| A A A
Nazirlikdən 84 min manatlıq cərimə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 1-15 avqust tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 158 akt və protokol tərtib olunmuş, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 38 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə, 39 iş üzrə 84150 manat məbləğində cərimə tətbiq olunmuş, ətraf mühitə dəymiş ziyana görə 13 iş üzrə 1413.67 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 142 iş üzrə 28487.4 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 8, məhkəməyə 7, icra qurumlarına isə 44 iş göndərilib.

Sizin Reklam Yeriniz