Əlaqə Arxiv
news Image
2012.08.22
13:49
| A A A
2016-cı ilədək planşetlərin satış həcmi noutbukları üstələyəcək

Movqe.Az xəbər verir ki, "DisplaySearch" şirkətinin analitikləri yaxın illərdə planşet kompyuterlərin satış həcminə görə noutbukları ötəcəyini hesab edirlər.

"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, 2012-ci ilin ikinci rübündə dünyada təxminən 24,4 milyon planşet satılıb.
Bazarda "Apple" şirkəti ən böyük istehsalçı olaraq qalır. Belə ki, şirkət aprel-iyun ayları ərzində 17 milyon "iPad" planşet kompyuteri satıb. Proqnozlara görə, 2012-ci ildə planşet satışlarının həcmi 119 milyon, 2013-cü ildə 190-200 milyon təşkil edə bilər.
Analitiklər hesab edirlər ki, 2016-cı ilədək planşet kompyuterlərin satış həcmi noutbukları üstələyəcək. Beləliklə, onların satış həcmi 375 milyona bərabər olacaq.
Sizin Reklam Yeriniz