Əlaqə Arxiv
news Image
2012.08.31
15:34
| A A A
Sarkozinin 1saatına 258 min manat verirlər
Sərmayə bankı olan “Morgan Stanley” Nikolas Sarkoziyə məsləhətçi vəzifəsini təklif edib.

Amerikan sərmayə bankı "Morgan Stanley" keçmiş Fransa prezidenti Nikolas Sarkoziyə məsləhətçi vəzifəsinin qarşılığında saatda 200 min sterlinq (258 min manat) təklif edib.

İQTİSADİYYAT TƏCRÜBƏSİ

Fransada həftəlik nəşr olunan "Le Canard Enchaine" qəzetinə görə, İngiltərənin keçmiş Baş naziri Toni Bleyerin də məsləhətçilik xidməti verdiyi bank, indi də Sarkozinin iqtisadiyyat təcrübələrindən faydalanmaq istəyir. İqtisadiyyat mütəxəssisləri Sarkozinin məsləhətçiliyini məntiqli bir təklif görüb, siyasətçilər bu vəzifənin siyasi etibarlılığı tamamilə siləcəyi fikirindədir.

Sizin Reklam Yeriniz