Əlaqə Arxiv
news Image
2015.06.18
11:30
| A A A
Avroda gözlənilməz bahalaşma
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Movqe.az-ın Mərkəzi Banka istinadla verdiyi məlumata görə, Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb. Belə ki, ötən gün 1,0479 AZN-ə bərabər olan ABŞ dolları manat qarşısında 1,0474-ə azalıb. 

Avronun məzənnəsi isə manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1,1801 manatdan 1.9000 AZN-ə qədər bahalaşıb. Bu göstərici sonuncu dəfə 2007-ci ildə təkrarlanıb.

Rusiya rublunun kursunda isə dəyişiklik qeydə alınmayıb. 1 rubl hazırda 0.0195 manat təşkil edir. 

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Sizin Reklam Yeriniz