Dolların qiyməti yenidən dəyişdi
Azərbaycanda xarici
valyutaların məzənnəsində dəyişiklik olub.
Movqe.az-ın Mərkəzi Banka istinadla
verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən ucuzlaşıb.
Avropanın vahid valyutası 1.1482 manatdan 1.1405-a kimi düşüb.
ABŞ dollarının manata nisbətdə rəsmi
məzənnəsində ötən həftədəki nisbi sabitlikdən sonra bahalaşma qeydə
alınıb. Dollar 1.0495-dən 1.0499-a qalxıb. Rus rublunun məzənnəsində
bahalaşma qeydə alınıb. Rubl 0.0165-dən 0.0167-yə qalxıb. Mərkəzi
Bankın İdarə Heyyətinin 21 fevral
2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05
AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN
səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar
təxminən 0, 78 AZN idi. 01.01.2006-cı
il tarixində Azərbaycan manatının 5000:1 nisbətində denominasiyası
(köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə
əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların
asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas
dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi" də deyilir)
həyata keçirilib.