Ötən ay elektron imza istifadəçilərinin sayı 1,4% artıb
Azərbaycanda istifadədə olan elektron imza sertifikatlarının sayı 35 098-ə çatıb.
Rabitə və Yüksək Texnologiyalara Nazirliyindən Movqe.az-a verilən məlumata görə, iyul ayında e-imza istifadəçilərinin sayı 501 nəfər artıb.
Ötən ay vətəndaşlara 34, dövlət qurumlarına 336, hüquqi şəxslərə isə 131 elektron imza verilib.
Hazırda ümumilikdə e-imzaya sahib vətəndaşların sayı 7 629-a, dövlət qurumlarının sayı 21 201-ə, hüquqi şəxslərin sayı isə 6 268-ə çatıb.