İxtisas seçimi başa çatır-Bu gün
Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak
etmək hüququ olan abituriyentlərin ixtisas seçimi bu gün başa
çatır. Movqe.az-ın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə,
avqustun 10-a olan məlumata əsasən, ümumilikdə 43 min 87
abituriyent elektron ərizəsini təsdiqləyib.
Onlardan 34 min 749 nəfəri ali məktəblərin I, II, III və IV ixtisas qrupları üzrə, 8 min 338 nəfəri V ixtisas qrupu üzrə qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. Xatırladaq ki, ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq. Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.