Əlaqə Arxiv
news Image
2012.10.04
16:02
| A A A
Bakıətrafı bağ evləri sürətlə bahalaşır
Nüsrət İbrahimli: “Bağ evlərindəki bu artım 2020 – ci ilə qədər davam edəcək” Ruslan Atakişiyev: “Nə qədər ki, Bakıətrafı bağ evlərinə, torpaq sahələrinə maraq artacaq, o qədər də həmin bölgədə qiymət artımı davam edəcək” Bu ilin əvvəlindən etibarən daşınmaz əmlak bazarının qiymətlərində müəyyən canlanma müşahidə olunmaqdadır. Bunun həm satılan, həm də icarəyə verilən evlərin qiymətlərində aydın görmək mümkündür. Ekspertlər icarə haqqının artmasını əsasən tədris ilinin başlaması ilə izah etsələr də satılan evlərin qiymətindəki yüksəlmələri başqa amildə görürlər. Qiymətlərin qalxmasını isə xüsusən Bakıətrafı qəsəbələrdəki bağ evlərində daha aydın təzahür edir. Digər diqqəti çəkən məqam isə sözügedən ərazilərdəki bağ evlərinə xaricilərin, ələxüsus də İran vətəndaşlarının meyl etməsidir. Məlumat  üçün bildirək ki, qeyd edilən zonalardakı bağ evlərinə sahib çıxmaq istəyən kəs  yerindən asılı olaraq 120-500 min manatından keçməlidir.  Ekspertlər də qiymətlərin yüksək olmasını edirlər.  
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev də Bakıətrafı bağ evlərində qiymətlərin artmasını bir neçə səbəbdən baş verdiyini qeyd etdi: "Burada birinci səbəb həmin bölgələrin turizm sektoru üçün əlverişli olması ilə əlaqəlidir. Bu bölgələrdən bağ evlərini icarəyə götürmələri və həmin yerlərdə əhalidə mülkiyyətə sahib olma, yay vaxtlarında həmin evləri icarəyə vermək kimi marağın artırmasından irəli gəlir. Bu baxımdan elə həmin bölgədə torpağın da qiymətinin artması baş verib. Həmin bölgələrdə əsasən xarici vətəndaşların sayının artmasınıı da eyni səbəblə izah etmək olar. O bölgələrin yaşamaq üçün əlverişli olması, Bakıya yaxınlığı və turizm üçün əhəmiyyətli olması xarici vətəndaşların da bu ərazilərdən ev almasına gətirib çıxarır. Tələbatın bu şəkildə artması istər – istəməz həmin bölgədə mülkiyyət, torpaq sahibi olan sahibkarların öz mülkiyyətlərini daha baha satmağa təşviq edir. Bu da tələb və təklifin qarşılıqlı münasibəti nəticəsində hərrac bazar qiymətinin yuxarı qalxmasına gətirib çıxarıb. Nə qədər ki, Bakıətrafı bağ evlərinə, torpaq sahələrinə maraq artacaq, o qədər də həmin bölgədə qiymət artımı davam edəcək". Bahalaşmanın qarşısını almaq məsələsinə gəldikdə isə ekspert bildirdi ki, ümumiyyətlə, bu ərazidə satılan mülkiyyətlət şəxsi mülkiyyətlərdir: "Ona görə də şəxsi mülkiyyətin qiymətinin formalaşmasına dövlət müdaxilə edə bilməz. Bu, dövlət məqsədli layihənin icrası üçün torpaq aldığı halda ola bilər.  Yox, bir tərəfdə mülkiyyətçi, digər tərəfdən isə azad bir fərd özü üçün mülkiyyət almaq istəyirsə, burada dövlətin müdaxiləsi uyğun deyil. Bazar iqtisadiyyatında yaşadığımıza görə, bu bölgələrdəki qiymətlərin formalaşması tələblə təklifin arasındakı münasibət əsasında meydana çıxır. Bu əraziyə tələb nə qədər böyükdürsə, qiymət də o qədər yüksək olacaq".
Sizin Reklam Yeriniz