Əlaqə Arxiv
news Image
2012.11.21
16:39
| A A A
Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixrac həcminin azalması gözlənir
İslam İbrahimov: «Rusiyada bazarların bağlanması Azərbaycanın ixrac məhsullarına müəyyən qədər təsir göstərə bilər» Məlumat verildyi kimi Rusiya paytaxtında  azərbaycanlıların da işlədiyi xeli sayda bazar və yarmarkaların bağlanması nəzərdə tutulur. Xatırladaq ki, ölkəmizdən kənd təsərrüfaıt məhsullarını bir qismi bilvasitə həmin bazarlara daşınırdı. Bəs bazarların bağlanması Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixrac həcmini azalda bilərmi?
Kənd Təsərrüfatı Nazirliyi Aqrar islahatlar, kənd ərazilərinin və sahibkarlığın inkişafı şöbəsinin müdiri İslam İbrahimov məsələ ilə əlaqədar Mövqe.Az saytına açıqlamasında bildirib: "Ümumiyyətlə, Rusiyada bazarların bağlanması Azərbaycanın ixrac məhsullarına müəyyən qədər təsir göstərə bilər. İxrac həcmini azalda bilər. Digər tərəfdən  bizim bir çox məhsullarımız, məsələn şimal bölgəsindən meyvə-tərəvəzin ixracında Rusiya gömrüyündə müəyyən qədər çətinliklər yaranıb. Lakin bunun aqrar sahənin inkişafında çox da böyük təsiri olmayacaq.  Çünki bizim prezidentimiz də dəfələrlə deyib, tapşırıqlar verib ki, biz yeni bazarlar axtarmalıyıq, yeni bazarlara öz keyfiyyətli məhsullarımızı təqdim etməliyik. İndi bizim məhsullarımız xarici ölkələrin əksəriyyətinə ixrac olunur. Xüsusən də meyvə-tərəvəzimiz Avropa ölkələrinə, Böyük Britaniyaya ixrac edilir.
Rusiyada bazarların bağlanması məhsulların ixracına ilk başda müəyyən qədər təsir göstərsə də, bu vəziyyət sonradan öz həllini tapacaq. Bizim məhsulların keyfiyyəti bir çox ölkələrdə istehsal olunan məhsulun keyfiyyətindən xeyli dərəcədə yüksəkdir. Bizdə məhsulların yetişdirilməsində, qablaşdırılmasında kimyəvi maddələrdən istifadə edilmir. Təbii olaraq belə keyfiyyətli məhsullar xarici bazarlarda öz layiqli yerini tapır".
Ölkəmizin kənd təsərrüfatı məhsullarının ixracı üçün daha hansı ölkələr məqbul sayıla bilər?
 Bu məsələyə fikir bildirən İslam İbrahimov Avropa və Yaxın Şərq ölkələrinin məqbul sayıla biləcəyini dedi: "Bizim məhsullar təkcə Rusiya bazarlarına deyil, həm də Avropa bazarlarına ixrac olunur. Bizim bir çox ölkələrlə ikitərəfli əlaqələrimiz var. Bu əlaqələr getdikcə də inkişaf etdirilir. Xüsusən Avropa ölkələrində, Almaniyada, Fransada, Yaxın Şərq ölkələrində də  bizim məhsullar öz yerini tapır. Bu ölkələrə məhsullarımız ixrac edilir və ticarətin daha da genişləndirilməsi üçün həmin ölkələr məqbul sayılır. Bizim güclü təsirə malik olan məhsullarımız var ki, o məhsular öz alıcısı tərəfindən həmişə böyük rəğbətlə qarşılanır.
Şimal qonşumuzdakı bazarlarla bağlı qərar isə müəyyən qədər Rusiyanın özünə də təsir edəcək. Rusiya bazarlarında Azərbaycan məhsullarının azalması Rusiyada satılan məhsulların qiymətinə də təsir göstərə bilər."
Sizin Reklam Yeriniz