Əlaqə Arxiv
news Image
2012.12.04
17:18
| A A A
ARDNŞ qiymətli kağızlar bazarında dönüş edəcək
Natiq Cəfərli: «Çox güman ki, ARDNŞ kimi iri bir şirkətin bu addımı atması qiymətli kağızlar bazarının canlandırılmasına hesablanmış bir addımdır» Məlumat verildyi kimi gələn ildən Azərbaycan ölkə daxilində korporativ istiqrazlar buraxmağı planlaşdırır.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev  bildirib ki, bu istiqrazlar 500 milyon manat civarında olacaq.
Onun sözlərinə görə, vəsait "Ümid" yatağı və yeni neft-qaz struktrlarının inkişafına yönldiləcək: "Avrobontlar çox gözəl nəticə verdi. Ona görə də iqtisadi xidmətlərə ölkə daxili qiymətli kağızlar bazarını canlandırmaq üçün korporativ istiqrazlar buraxmaq üçün göstəriş verilib. Layihə 5 il müddətində nəzərdə tutulub".
Bəs ARDNŞ-in bu addımı Azərbaycanın qiymətli kağızlar bazarına nə vəd edir?
Məsələ ilə bağlı Mövqe. Az saytına açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bu addımın ölkənin iqtisadi vəziyyətinin canlanmasına şərait yarada biləcəyini qeyd edib: "Çox güman ki, ARDNŞ kimi iri bir şirkətin bu addımı atması qiymətli kağızlar bazarının canlandırılmasına hesablanmış bir addımdır. Qiymətli kağızlar bazarı ümumiyyətlə, hər hansı bir ölkənin əsas iqtisadi indikatorlarından biridir. Bu bazarın inkişafı ölkənin ümumi iqtisadi vəziyyətinin canlanmasına şərait yaradacaq. Ancaq mənə maraqlı gələn məsələ ondan ibarətdir ki, Azərbaycan Dövlət Neft Şirkəti 100 % dövlətə məxsus bir şirkətdir. Onun qiymətli kağızlarının bazara buraxılması hansı əsaslarla olacaq? Bu əsasnamədə hansı dəyişikliklər olacaq? Çox təəssüf ki, bu barədə məlumatlar verilməyib. Bu da açıqlansa, daha maraqlı olardı. Bütün bu suallar ARDNŞ-in qərarı ilə birlikdə doğur. Mən ümid edirəm ki, gələcək açıqlamalarda bu məsələlərə də aydınlıq gətiriləcək".
Sizin Reklam Yeriniz