Əlaqə Arxiv
news Image
2012.12.19
18:07
| A A A
Yeni iqtisadi böhran olacaq
Movqe.az xəbər verir ki, BMT 2013-cü ildə Dünya İqtisadi vəziyyəti (WESP) hesabatında iqtisadiyyat üçün narahat olduqlarını bildirərək bir çox ölkədə böhran ola biləcəyi xəbərdarlığını edib.  Hesabatda 2012-ci il iqtisadiyyatındakı sabitliyin növbəti iki ildə də davam edəcəyi deyilib. Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial işlər Bölümü (UN / Desai) ilə 5 fərqli BMT təşkilatı tərəfindən hazırlanan hesabatın nəticəsi mətbuat nümayəndələrinə təqdim edilib. Hesabata görə iqtisadi artımın 2013-cü ildə 2,4 faiz, 2014 -cü ildə isə 3,2 faiz olması nəzərdə tutulub. Hesabatı hazırlayan komitənin rəhbəri Robert Vos 2008-ci ildə yaşanan iqtisadi böhrandan sonra başlayan işsizlik problemin həll üçün 5 ildən çox bir zamana ehtiyac olduğunu bildirib. Avropadakı iqtisadi böhranın, ABŞ-dakı "maliyyə problemi"nin və Çin iqtisadiyyatındakı yavaşlamanın yeni bir qlobal böhrana səbəb ola biləcəyini deyən Vos "Hər bir risk, qlobal istehsalı 1-3 faiz azalda bilər" deyib.
Sizin Reklam Yeriniz