Əlaqə Arxiv
news Image
2012.12.25
16:51
| A A A
Xaricdə Azərbaycan kapitalının iştirakı ilə yaranan şirkətlərin sayı artır
Zahid Məmmədov: «Əgər məqsəd Azərbaycan markasını tanıtmaq, Azərbaycan mallarının dünya bazarına çıxışı və yeni texnologiyaların Azərbaycana gətirilməsidirsə, təbii ki, bunları dəstəkləmək lazımdır» Son dövrlərdə Azərbaycandan olan iş adamlarının  xaricə daha çox kapital qoymaları müşahidə edilməkdədir. Elə bunun nəticəsidir ki, xaricdə Azərbaycan kapitalının iştirakı ilə olan müəssislərin sayı da  artır. Məsələn, Türkiyədə Azərbaycan kapitalını iştirakı iəl yaralıra şirkətlərin sayı 160-a çatmaqdadır. Digər bir sıra ölkələrin timsalında da qeyd edilənlərin əyani nümunəsini görmək olar. Təbii ki, belə vəziyyət həm də müəyyən həcmdə kapitalın kənara axması deməkdir. Halbuki, həmin kapitalın ölkə daxilində realizasiyası yerli iqtisadiyyat üçün vacib əhəmiyyət daşıyardı.
Bəs xaricə kapital qoyuluşunu şərtlədirən amillər hansılardır?  Bu iqtisadiyyatımız üçün sərfəli haldırmı?
Rusiya, Türkiyə və Azərbaycanın iqtisad elmləri doktoru, professor Zahid Məmmədov məsələ ilə bağlı Mövqe. Az saytına açıqlamasında aşağıdakıları bildirib: "Ümumiyyətlə, ilk növbədə ona baxılmalıdır ki,  sərmayə niyə xaricə qoyulur? Burada ilk növbədə mənfəətin artırılmasını qeyd etmək lazımdır, yəni vətəndaş daha çox gəlir əldə etmək üçün xarici ölkələrə gedir. İkincisi, bəzi xarici ölkələrdə əmək haqqının daha ucuz olmasıdır. Yəni sərmayə qoyan şəxs işçilərə daha az əmək haqqı verir. Üçüncüsü, vergi dərəcələri aşağıdır. Dördüncüsü, sosial müavinətlər, tələblər yoxdur. Təbii ki, ən vacib şərtlərdən biri əmlakın və qoyulan vəsaitin təhlükəsizlik təminatıdır.
Mənim belə bir yazım var idi: "Xarici sərmayə ilə inkişaf etmək, Allaha edilməyən duaya amin deməkdir". Mən ümumiyyətlə, bu mövzuda çox ehtiyatlı davranıram.  Yuxarıda qeyd etdiyim şərtlərə baxmaq lazımdır. Əgər məqsəd Azərbaycan markasını tanıtmaq, Azərbaycan mallarının dünya bazarına çıxışı və yeni texnologiyaların Azərbaycana gətirilməsidirsə, təbii ki, bunları dəstəkləmək lazımdır. Yəni, burada baxmaq lazımdır ki, məqsəd nədir. Müəyyənləşdirmək lazımdır ki, hansı məqsəddən dolayı xaricə sərmayə gedir. Mən ümumiyyətlə, daxili bazarın güclənməsini, inkişafını düşünən bir adamam.
Xatırladım ki, bir vaxtlar ABŞ-da faiz dərəcələrinin artımına icazə vermirdilər. Faizə icazə vermədiklərinə görə faizi qaldırsınlar deyə, ölkə daxilindən başqa ölkələrə pul qoymağa başladılar. Mən düşünürəm ki, Azərbaycanda sərmayə yatrılması üçün yetəri qədər yerlər var. Yetəri qədər lazımi, inkişaf etdirilə biləcək sahələr var. Azərbaycanın özünün sərmayəyə böyük ehtiyacı var. Hesab edirəm ki, vəsaitlər Azərbaycanda qalıb Azərbaycan iqtisadiyyatının, ölkənin inkişafı üçün sərf edilsə daha yaxşı olar. Biz nə qədər güclü olsaq, vəsaitimiz çox olsa belə daxildə problemlərimiz var. Biz xaricə kapital yatırmaqla bununla başqa ölkələrin iqtisadiyyatını gücləndiririk. Əldə etdiyimiz gəlirlər o ölkənin vergi büdcəsinin formalaşmasında, vətəndaşlarının işlə təminatında iştirak edir. Mən daxili iqtisadiyyatın inkişafının tərəfdarıyam. Bu gün Azərbaycanda mebelə, inşaat mallarına ehtiyac var. Mən hesab edirəm ki, idxalı əvəz edəcək mallar istehsal etməklə Azərbaycanda inkişaf etdirmək mümkündür. Çoxlu variantlar var, çox şeylər etmək olar".
Sizin Reklam Yeriniz