Əlaqə Arxiv
news Image
2013.01.09
15:19
| A A A
Apple plastik iPhone çıxaracaq
Movqe.Az ABŞ mediasına istinadən xəbər verir ki, Apple şirkəti daha ucuz və plastik bir iPhone modeli üzərinə çalışır. MarketWatch saytında yer alan xəbərə görə, Apple uzun zamandır üzərində çalışdığı ucuz modellə bağlı işləri yekunlaşdırmaq üzrədir. Modelin ilin sonuna qədər bazara çıxarılması gözlənilir. Digitimes və Wall Street Journal tərəfindən də təsdiqlənən xəbərə görə, Apple xüsusilə bahalı telefonların az alındığı Çin kimi inkişaf etməkdə olan bazarlarda istehlakçıları cəzb etmək üçün ucuz iPhone istehsal edəcək. Ehtimallar hələ reallaşmasa da ucuz modellərdə istifadə ediləcək kassaların polad yerinə alüminium olacaq. Applenin bu qərarın ardındakı ən böyük səbəb Google sistemini Androidin istifadə edən cib telefonlarıdır. iPhonelərə bənzər xüsusiyyətlər təqdim edən modellərin daha aşağı qiymətlərə satılması ABŞ-a məxsus şirkət üzərində ciddi bir qiymət təzyiqi yaradır.
Sizin Reklam Yeriniz