"Bu il Azərbaycanda İKT sahəsində bir sıra iri işlər
həyata keçiriləcək.Çünki, 2013-cü il Azərbaycanda İKT ili elan
olunub və cari il ərzində bu sektorda bir sıra əhəmiyyətli
layihələrin həyata keçirilməsi nəzərdə tutulub".
Movqe.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə
açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli
Abbasov deyib. Onun sözlərinə görə, görülən ilk tədbirlərdən biri,
Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması olacaq. Bundan
əlavə 3 ili əhatə edəcək Azərbaycan regionlarında genişzolaqlı
internetin inkişafı layihəsi, rəqəmsal TV yayımına tam keçid,
elektron hökumət portalının imkanlarının genişləndirilməsi,
texnoparkların yaradılması və s. kimi layihələr də həyata
keçiriləcək".
Nazir onu da bildirdi ki, bu il ölkənin kosmik sənayesinin inkişafı
üçün əhəmiyyətli olacaq: " Azərbaycan 2016-cı ildə orbitə artıq
ikinci peykini buraxacaq. İlk süni peykimiz isə fevralın 7-dən 8-nə
keçən gecə orbitə buraxılacaq".