"Sony"-yə "Playstation" cəzası
Movqe.Az bildirir ki, 2011-ci ildə
"Playstation" istifadəçilərinin məlumatlarının iki dəfə oğurlanması
səbəbi ilə yapon texnologiya şirkəti "Sony"-nin Avropa mərkəzinə
İngiltərədən cəza verilib. İngilis müstəqil məlumat yoxlama mərkəzi
"The Information Commissioner`s Office" (ICO) şirkətə 250 min
sterlinq pul cəzası kəsib. İCO, aprel ayı 2011-ci ildə kompüter
piratlarının "Sony"-yə etdiyi hücumun qarşısını ala biləcəyini
irəli sürüb. Sony, 2011-ci ildə aprel və may aylarında iki dəfə
pirat hücuma məruz qalıb. Hücumlarda 100 milyona yaxın
"Playstation" istifadəçisinin adı, ünvanı, e-poçt adresi, telefonu,
doğum tarixi və kredit kartı məlumatlarının ələ keçirildiyi irəli
sürülüb. İlk hücumdan sonra "Sony", problemi vaxtında müəyyən
etmədiyi üçün istifadəçilərdən üzr istəyib və pulsuz oyun təklif
edib. Təhlükəsizliyin təsbit edilməsiylə birlikdə "Sony Online
Entertainment" kompüter oyunları şəbəkəsinə çıxışı bir ay qədər
dayandırıb.