QUSARDA 3 UŞAQ ANASI İNTİHAR EDİB
Qusar rayonunda 3 uşaq anası intihar edib.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Köhnə Xudat kənd sakini, 1952-ci il təvəllüdlü Təranə Hüseynova özünü su ilə dolu hovuza ataraq intihar edib.
58 yaşlı qadının meyiti yaxınları tərəfindən hovuzda aşkar edilib.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.