Əlaqə Arxiv
news Image
2019.07.08
02:33
| A A A
Yük maşını “BakuBus”a çırpıldı - Yaralılar var
Gecə saatlarında Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. Movqe.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Ford" markalı yük avtomobili idarəetməni itirməsi nəticəsində 175 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən "BakuBus" MMC-yə məxsus sərnişin avtobusuna çırpılıb. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, qəza nəticəsində yük avtomobilinin sürücüsü və sərnişini xəsarət alıb. Avtobusda olan sərnişinlərdən heç biri xəsarət almayıb.
Sizin Reklam Yeriniz