Əlaqə Arxiv
news Image
2020.08.20
10:30
| A A A
Paytaxtda karantin qaydalarını pozan idman zalı aşkarlandı
Onlara münasibətdə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub

Paytaxtın Binəqədi rayonunda rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, qapalı məkanda fəaliyyət göstərən, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan idman zalı aşkarlanıb.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən Mövqe-yə verilən məlumata görə, Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Mircəlal küçəsində yerləşən idman-məşq zalında 9 nəfər müəyyən olunub.

Sanitar-epidemioloji normaları pozan şəxslər müvafiq polis bölməsinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib olunub.
Sizin Reklam Yeriniz