Əlaqə Arxiv
news Image
2012.05.25
14:15
| A A A
Qatil yarasalar
Movqe.Az xəbər verir ki, Perunun paytaxtı Limanın cənub-şərqində yerləşən kiçik bir kənddə yaşayan 7 uşaq yarasaların dişləməsi səbəbindən quduz olaraq dünyasını dəyişib. Ölən 7 uşağın ən kiçiyi 11 aylıq, ən böyüyü isə 12 yaşında olub. Xatırladaq ki, təkcə 2010-cu ildə ölkədə 20 uşaq quduz epidemiyası səbəbindən dünyasını dəyişib.
Peru səhiyyə naziri Persi Minaya bu epidemiya ilə mübarizə aparmaq üçün sağlamlıq
kampaniyası çərçivəsində 180.000 yeni peyvənd satın alıb. Beyində iltihaba səbəb olan quduz epidemiyasının əksəriyəti ölümlə nəticələnir. Quduz virusu heyvanlardan keçir.
Ümumiyyətlə təbiətdə  bəslənən qan əmici yarasalar yağış meşələrinin məhv  edildiyi yerlərdə qidalanmaq üçün insanlara hücum edir.
Sizin Reklam Yeriniz