Əlaqə Arxiv
news Image
2014.01.15
09:35
| A A A
Gecə növbəsindən gələn ər arvadını bıçaqladı
Sumqayıtda qadının əri tərəfindən bıçaqlanaraq xəsarət alması ilə nəticələnən cinayət hadisəsi baş verib.
ANS PRESS-in "KƏPƏZ TV"-yə istinadən məlumatına görə, hadisə Sumqayıt şəhəri 5-ci mk ərazisində qeydə alınıb. Gecə növbəsində işləyən Fərəc Muradov, həyat yoldaşı Cəmilə Muradovanın hərəkətlərindən şübhələndiyindən, onun izinə düşüb. Gecə həyat yoldaşının evdə olmadığını görən kişi, qadının gəlməsini gözləyib. Elə hər şey də bundan sonra baş verib. Fərəc Muradov, həyat yoldaşı Cəmilə Muradovaya nə az-nə çox, düz 7 bıçaq zərbəsi endirib. Hadisədən sonra yaralı ağır vəziyyətdə Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasının travmatologiya şöbəsinə çatdırılıb. Hadisəni törədən Fərəc Muradov isə artıq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Sizin Reklam Yeriniz