Əlaqə Arxiv
news Image
2014.02.07
16:00
| A A A
Sumqayıtda tükürpədici hadisə-Gənc 3 dayısını diri-diri yandırdı
Bu gün Sumqayıt şəhərində dəhşətli hadisə baş verib. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,  Corat qəsəbəsində 23 yaşlı gənc 3 dayısını yandıradaq öldürüb. Hadisə səhər saatlarında baş verib.
Belə ki, 1991-ci il təvəllüdlü Əsgəralı Füzuli oğlu Abbasov dayıları 1971-ci il təvəllüdlü Dünyamalı Mirzəyev, 1965-ci il təvəllüdlü Yadigar Mirzəyev və 1960-cı il təvəllüdlü Ağamalı Mirzəyevin olduğu bağ evinə od vuraraq qapılarını bağlayıb. Nəticədə onların üçü də tüstüdən boğularaq ölüblər. Hazırda qətli səbəbləri araşdırılır. Cinayəti törədən gənc isə saxlanılıb. Faktla bağlı cinayət iş ibaşlanıb, araşdırma aparılır, Sumqayıtdakı dəhşətli hadisənin bəzi məqamlarına aydınlıq gəlib. Sumqayıt Şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, dəhşətli cinayəti törədən Əsgəralı Abbasov polis tərəfindən saxlanılıb. O, pollisə verdiyi ifadədə hadisəni qisas məqsədilə törətdiyini deyib. O, bildirib ki, dayıları onun ata-anasına söyərək tez-tez təhqir edirlərmiş.
Sizin Reklam Yeriniz