Əlaqə Arxiv
news Image
2014.03.20
20:43
| A A A
Xanım DJ sevgilisinin gəzdiyi qadını zorlatdırdı
Türkiyənin Kocaeli bölgəsində radio DJ-i işləyən xanım qısqanclıq səbəbindən dəhşətli cinayət törədib. 

Movqe.az xəbər verir ki, radioların birində DJ işləyən 33 yaşlı Aynur Ş. sevgilisini əlindən alan keçmiş rəfiqəsindən dəhşətli intiqam alıb.

Belə ki, Aynur Ş. öyrənib ki, sevgilisi onu S.B. adlı evli bir qadınla aldadır. DJ bundan çox əsəbləşib və unudulmayan bir əvəz çıxacağına and içib. Aynur Ş. sevgilisinin telefonundan gizlincə S.B.-nın nömrəsini tapıb. Sonra qadına zəng vuran Aynur Ş. onu kimsəsiz bir yerə çağırıb.

Qeyd edilən ünvana bir neçə adamla gedən Aynur Ş. əvvəlcə S.B.-nin üstünə tapança çıxarıb. Daha sonra onu lüt soyunmağa məcbur edib. Sonra özü ilə gətirdiyi kişilərlə birlikdə cinsi əlaqəyə girməyə məcbur etdirib. Özü isə bu görüntülərin videosunu çəkib. Daha sonra S.B.-ni vəhşicəsinə döyüb.

Olanlar barədə polisə şikayət edən S.B. onu da etiraf edib ki, Aynur Ş.-nin əri ilə həqiqətən də gizlincə görüşür. Şikayət əsasında Aynur Ş. həbs olunub. Onun mobil telefonundan S.B.-nin zorlandığı görüntülər çıxıb.

Hazırda DJ məhkəmədə cavab verməli olacaq.
Sizin Reklam Yeriniz