Əlaqə Arxiv
news Image
2014.03.21
11:05
| A A A
Xaçmazda ev sahibi ilə birlikdə yanıb

Xaçmaz rayonunda insan ölümü ilə nəticələnən yanğın baş verib. Hadisə rayon mərkəzindən 8 km aralı Çarxlı kəndində baş verib. 


Məlumata görə, bu gecə saat 23 radələrində 1964-cü il təvəllüdlü Adil Məmmədova məxsus kərpicdən tikilmiş, üzəri qamışla örtülü yaşayış evi yanıb. Hadisə yerinə dərhal  Fövqəladə Hallar Nazirliyinin (FHN) Xaçmaz rayon yanğından mühafizə briqadalarının əməkdaşları cəlb olunub. 


FHN əməkdaşları ev sakinini yanğından xilas etyməyə çalışsalar da evin qapısı içəridən bağlı olub. Alovun ram edilməsindən sonra hadisə yerindən 50 yaşlı Adil Məmmədovun yanmış cəsədi aşkarlanıb. 

Mərhumun oğlu Qalib Məmmədov atasının içki aludəçisi olduğunu, anasından ayrılaraq təkbaşına yaşadığını və tez-tez "evi yandıracam" dediyini bildirib. 

Faktla bağlı Xaçmaz rayon prokurorluğu və Fövqəladə Hallar Nazirliyi yanğından mühafizə idarəsi araşdırmalara başlayıb.

Hadisənin ev sahibi tərəfindən törədildiyi, yoxsa başqa səbəbdən baş verməsi isə araşdırmaların nəticəsində bəlli olacaq.

Sizin Reklam Yeriniz