Əlaqə Arxiv
news Image
2014.04.12
14:02
| A A A
Gəlin toy gecəsi bəyi öldürdü
Nigeriyada dövlətində dəhşətli cinayətin üstü açılıb.

Movqe.az ans press-ə istinadən xəbər verir ki, Nigeriyada toyların birində faciə yaşanıb. Toy zamanı bəy və qonaqlar çaxırdan zəhərləniblər. Həkimlərin səyinə baxmayaraq, bəy və 3 qonaq ölüb. Zəhərlənən digər 10 nəfərin həyatını xilas etmək mümkün olub.

Araşdırmalar zamanı məlum olub ki, içkiyə siçan zəhəri qatılıb. Zəhəri içkiyə gəlin özü qatıb.

Sən demə, 14 yaşlı Vasilə Umaro sevmədiyi 35 yaşlı Umaru Saniyə zorla ərə verilib. Qızı yüksək məbləğli pul qarşılığında zorla ərə veriblər.

Azyaşlı gəlin özündən iki dəfə böyük olan kişiyə ərə getməmək üçün cinayətə əl atıb. Gəlin içkiyə ən güclü siçan zəhəri qatıb.

Cinayətkar gəlin polis tərəfindən saxlanılıb. İndi ər evinə getmək istəməyən qız, həbsxanaya gedəcək.
Sizin Reklam Yeriniz