Əlaqə Arxiv
news Image
2014.06.23
18:55
| A A A
Moskvada azərbaycanlını döyüb öldürən 3 tələbə həbs edildi
""Reskurt" milliyyətçi hərəkatından olan 3 moskvalı tələbə Azərbaycandan gəlmiş Zaur Alışovu ölümcül döymək ittihamı üzrə həbs edilib"

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Rusiya İstintaq Komitəsinin Moskva üzrə nümayəndəsi Viktoriya Tsıplenkova deyib.


Onun sözlərinə görə, saxlanılanlar paytaxtın ali məktəblərində oxuyurlar və müvafiq olaraq 17, 20 və 23 yaşları var: "Tələbələrə qarşı ölümə səbəb olan sağlamlığa qəsdən ağır xəsarət yetirmə maddəsi üzrə ittiham irəli sürülüb".


Məhkəmənin 21 iyun tarixli qərarına əsasən, onlar həbs ediliblər.


İstintaqın məlumatına görə, həbs edilənlər iyunun 2-də Moskvada sonradan xəstəxanada ölən 37 yaşlı azərbaycanlıya bədən xəsarətləri yetiriblər.


Sizin Reklam Yeriniz