Bərdə sakini iki il ölüm yetişdirdi
Bərdə polisinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı
apardığı tədbirlər nəticəsində rayonun Mehdili kənd
sakiniArif Ağayevsaxlanılıb.
Movqe.Az ELTV-yə istinadən bildirir ki, onun yaşadığı evə hal şahidlərinin iştirakı ilə baxış keçirilib. Bu zaman evin bir otağında sərili halda və müxtəlif bağlamalarda çeşidlənmiş bükümlər aşkar edilib. Saxlanılan şəxs narkotik vasitə olan marixuananı kəndin yaxınlığından keçən su kanalının kənarında əkdiyini və ona xüsusi qulluq göstərərək becərdiyini etiraf edib. Onun artıq iki ildir, bu işlə məşğul olduğu da aydınlaşıb. Tapılan narkotik vasitənin ümumi çəkisi 3 kiloqram 675 qram olub. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.