Əlaqə Arxiv
news Image
2015.02.02
11:30
| A A A
Arvadını öldürən sabiq polis haqda qərar verildi
Bakı Apellyasiya Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Dilavər Əhmədov-un apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Movqe.az-ın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara görə, D.Əhmədovun cəzası 9 ildən 8 ilə endirilib.

Qeyd edək ki, D. Əhmədov həyat yoldaşı Gövhər Əhmədova-nı mübahisə zəminində boğaraq öldürüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə D.Əhmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Dilavər Əhmədov apellyasiya şikayəti verib.

Onu da qeyd edək ki, Dilavər Əhmədov əvvəllər polis nəfəri vəzifəsində işləyib.
Sizin Reklam Yeriniz