Əlaqə Arxiv
news Image
2015.02.25
09:20
| A A A
Bakıda evdən qumbara və güllə aşkarlanıb
Bakı sakininin evindən silah-sursat aşkarlanıb. Rəşad Səfəralıyev - özünün dediyi kimi təsadüf nəticəsində - tapdığı silah-sursatı hüquq-mühafihə orqanlarına təhvil vermək əvəzinə evində gizlədib.

Bir müddətdən sonra isə polis əməkdaşlarına Rəşadın mənzilində qumbara olması barədə məlumat daxil olub. Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinə daxil olan məlumat əsasında Rəşad Səfəralıyev saxlanılaraq istintaqa təhvil verilib.

Onun yaşadığı evə baxış zamanı alışdırıcıları ilə birlikdə 2 ədəd əl qumbarası və 58 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Faktla bağlı saxlanılan şəxs barəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq zamanı Rəşad Səfəraliyevin silah-sursatı əldə etdiyi mənbənin kimliyinə də aydınlıq gətiriləcək.
Sizin Reklam Yeriniz