Əlaqə Arxiv
news Image
2012.09.06
12:17
| A A A
Partlayış nəticəsində 25 əsgər həlak olub
Türkiyə Silahlı Qüvvələrinin ölkənin Afyonkarahisar vilayəti ərazisindəki cəbbəxanasında partlayış baş verib.
APA-nın xəbərinə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı sentyabrın 5-də yerli vaxtla saat 21.15-də baş verən partlayış nəticəsində 25 əsgərin həlak olduğunu açıqlayıb. 
Dəqiq səbəbi bəlli olmasa da, partlayışın cəbbəxanadakı əl qumbaralarının sayılması zamanı baş verdiyi bildirilir. Afyonkarahisar bələdiyyə başçısı Burhanəddin Çoban terror versiyasını istisna edib: "Cəbbəxanada 5 gündür hərbi sursatın sayılması proseduru həyata keçirilirdi. Bu gün proses yekunlaşacaqdı. Bu bölgə çox ciddi mühafizə olunur. Terror olması mümkün deyil".
Sizin Reklam Yeriniz