Türkiyənin “Hürriyyət” qəzetinin redaksiyası bir qrup şəxsin hücumuna məruz qalıb
Türkiyənin "Hürriyyət" qəzetinin redaksiyası bir qrup şəxsin hücumuna məruz qalıb.
Movqe.az xəbər verir ki, aksiyaçılar Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın telemüsahibəsinin hurriyet.com.tr-də təhrif olunmasına etiraz ediblər.
Etirazçılar qəzetin redaksiyasına daxil olmağa cəhd ediblər. Onlar pəncərə və qapıları daşla qırıblar. Bir neçə mühafizəçi xəsarət alıb.
Hadisə yerinə çağırılmış polis aksiya içtirakçılarını ərazidən uzaqlaşdırıb.