DİN Qubada 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi (DİN) Qubada baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Movqe.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 7-də saat 22 radələrində Quba rayonunun H..Zərdabi qəsəbəsində Sumqayıt şəhər sakini Seymur Qəribov idarə etdiyi "Hyundai" markalı avtomobili yolun kənarındakı ağaca vurub.
Nəticədə sürücü və sərnişinləri - Xaçmaz şəhər sakinləri - Cəlal Hüseynov, Emil Rəhimov hadisə yerində ölüblər.
Faktla bağlı Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.