Abşeronda polis postu yaxınlığında törədilən qətllə bağlı cinayət işi başlanıb
Daxili İşlər Nazirliyi (DİN) Abşeronda polis postu yaxınlığında törədilən qətllə bağlı məlumat yayıb.
Movqe.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 7-də saat 10 radələrində Abşeron rayonunun Xocəsən qəsəbəsində üzərində zorakılıq əlamətləri (boğma və döyülmə üçün xarakterik) olan 25-30 yaşlı kişi meyiti tapılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Abşeron Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.