Kürdəmirdə 4 yaşlı uşaq qətlə yetirilib
Kürdəmir rayonunda dəhşətli qətl törədilib.
Movqe.az xəbər verir ki, Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Ərəbqubalı kəndində qeydə alınıb. Kənd sakini, 2011-ci il təvəllüdlü İzzət Babayevin üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.
Hadisənin hansı şəraitdə və kimin tərəfindən törədilməsi hələlik məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.