Naxçıvan hərbi prokurorunun səlahiyyət müddəti uzadılıb
Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru növbəti səlahiyyət müddətinə təsdiqlənib. APA-nın məlumatına görə, bununla bağlı baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Naxçıvan hərbi prokuroru, ədliyyə general-mayoru Yaşar Həsənov növbəti səlahiyyət müddətinə Muxtar Respublikanın hərbi prokuroru vəzifəsinə təyin olunub.