Bakıda dələduz qadına 9 illik həbs cəzası verilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Roza Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Roza Abbasova 9 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, R. Abbasova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilib.