Əlaqə Arxiv
news Image
2016.10.15
14:30
| A A A
İstintaq təcridxanasına keçirilən dolmanın içərisində narkotik aşkarlandı

Bakıda istintaq təcridxanasına narkotik maddənin keçirilməsinin qarşısı alınıb. Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinin və 3 saylı İstintaq təcridxanasının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələrinə əsasən həbsdə saxlanılan Ramazanov Sərvan Əlikram oğluna qardaşı Bərdə rayon Lək kənd sakini Ramazanov Sərxan Əlikram oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman plastik qabın içərisində olan dolmanın altında sellofana bükülərək gizlədilmiş, 8.328 qram marixuana aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Xəzər Rayon Polis İdarəsinə göndərilib/trend/

Sizin Reklam Yeriniz