Əlaqə Arxiv
news Image
2013.01.17
15:00
| A A A
Öldüyü 6 il sonra aydın oldu
Movqe.Az bildirir ki, Cənubi Koreyada tək yaşayan bir adamın ölüm hadisəsinin 6 il sonra bilinməsi müzakirələrə səbəb olub. Cənubi Koreya Busan şəhərindəki bir binanın mənzilində olan cəsəd ilə sarsılıb. Təhlükəsizlik səlahiyyətlilərindən alınan məlumata görə, cəsədin 6 il əvvəl ölən 55 yaşlı K.M-a aid olduğu öyrənilib. Ölmədən əvvəl 2002-ci ilə qədər anası ilə yaşayan Kimin, anasını itirdikdən sonra ətraf şəhərlərdə bir günlük işçi olaraq işlədiyi bildirilib. Üç bacısı ilə də çox görüşməyən Kimin qonşuları ilə də münasibət qurmadığı söylənilib. Polisdən alınan məlumata görə, Kimin öz əcəli ilə öldüyü təsbit edilib. 2006-ci ilə qədər tək yaşayan Kimin öldükdən 6 il sonra bilinməsi Cənubi Koreya mətbuatında geniş yer alıb. Baş verən bu hadisə koreyalıların gedərək yalnız qalması mövzusunu da gündəmə gətirib.
Sizin Reklam Yeriniz