Sumqayıtda 2 otaqlı mənzildə yanğın olub
Sumqayıtda 2 otaqlı mənzildə yanğın baş verib.
Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 65 m2 olan 2 otaqlı mənzilin bir otağında 1 ədəd yataq dəsti, döşəmə 0,5 m2 sahədə və 2 ədəd dolab qismən yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.