Əlaqə Arxiv
news Image
2013.02.12
16:00
| A A A
"Apple"dan saat sürprizi

Movqe.Az bildirir ki, ABŞ mərkəzli texnologiya nəhəngi "Apple"ın yeni proyektinin "ağıllı saatlar" olduğu bildirilib. ABŞ-da nəşr olunan "Wall Street Journal" (WSJ) qəzetindən Cessika Lessinin xəbərində "Apple"ın ağıllı saatlarının test mərhələsində olduğu qeyd olunub. "Google"la rəqabət halındakı firmanın yeni məhsulunun xarici mühitdəki məlumatı avtomatik olaraq alıb çatdırma xüsusiyyətinə sahib olacağı bildirilir. Ağıllı telefon və kompüterlərdən daha praktik olacağı düşünülən saatların gələcək zamanlarda ağıllı telefonların yerini ala biləcəyi də digər iddialar arasındadır. ABŞ-da nəşr olunan "New York Times" qəzetindən Nik Bilton da saat üzərində işlər  aparıldığını söyləyib.

Sizin Reklam Yeriniz