Avtomobil oğurluğu gün-gündən artır
Movqe.Az bildirir ki, Çikaqoda gündə 44 avtomobil oğurlanır. Çikaqolular oğurluğun qarşısını ala bilməsələr də, təkər kilidlərindən istifadə edirlər. Bunun nəticəsində Çikaqoda təkər kilidi satışlarında artım davam edir. İnternet satışlarında Çikaqo bölgəsində ən çox maraq alınan bu təkər kilidləridir. Şəhərdə keçən il 16 mindən çox avtomobil oğurluğu hadisəsi baş verib. Bu ondan əvvəlki ilə görə 17 faizlik bir artım deməkdir. Gündə 44 avtomobilin oğurlandığı şəhərdə son altı ay içində olan oğurlanmış avtomobil sayı 900-dür. Oğurlanan avtomobillərin bəzisi parçalanaraq başqa bölgələrə göndərilir. Oğurlanan avtomobillərin bazarında 50 min dollarlıq avtomobilləri 10 min dollara satın almaq mümkün olur.