Əlaqə Arxiv
news Image
2013.02.12
16:38
| A A A
30 il həbsdə günahsız yatdı
 ABŞ-ın Texas əyalətində günahsız olduğu aydın olan məhkum ömürünün yarısını həbsdə keçirdikdən sonra azad edilib. Randolf Arledge adlı 58 yaşlı bəxtsiz adam DNT testi nəticəsində günahsız olduğunun başa düşülməsi ilə hakim qərarıyla sərbəst buraxılıb. "Movqe.az"ın məlumata görə Arledge, 1981-ci ildə bir qadını 40 dəfə bıçaqladıqdan sonra cəsədini yola atmaq təqsirilə 1984-cü ildə 99 il həbs cəzasına məhkum edilmişdi. Karolin Armstronq adlı qadının maşınında tapılan saç telinin, edilən DNT testi nəticəsində başqa şəxsə aid olduğunun başa düşülməsi ilə Arledge sərbəst qalıb. Maşında tapılan olan saç telinin sahibinin isə hələ də tapılmadığı deyilib.
Sizin Reklam Yeriniz