Balıqların maraqlı xüsusiyyətləri
Movqe.az xəbər verir ki, erkək
lepistes balıqları
darıxdırıcı rəngləri olan
digər erkək balıqların yanında
olmağa üstünlük verir.
İtalyan Padua Universiteti
araşdırmaçılarının etdiyi və
İngilis Royal Society
jurnalında nümayiş olunan
xəbərə görə erkək
lepisteslər dişilərinə təsir etmək
üçün "çirkin" yoldaşlarından
faydalanır. Araşdırma
qrupundan Clelia Gasparini
bu meyli "Əgər
çirkin yoldaşların varsa,
onların yanında daha
yaraşıqlı görünərsən" sözləri
ilə açıqlayıb. Lepisteslərin
dişilərini cəzb etmə vərdişlərini
araşdıran tədqiqatçılar
akvariumun iki fərqli
küncünə yerləşdirdikləri
dişi lepisteslərin birinin
yanına rəngarəng, maraqlı
kişi lepisteslər, digərinin
yanına isə birrəngli
rəngli lepisteslər qoyub.
Akvariuma sonradan əlavə
olunan kişi lepisteslərin 62
faizi "çirkin" erkək lepisteslərlə əhatə
olunan yerə gedib.