Medvedev məhəbbət məsləhətləri verib
Rusiya
Baş naziri Dmitri Medvedev
14 fevral Sevgililər
Günü münasibətilə
bir araya gəldiyi
universitet şagirdlərinə məhəbbət
məsləhətləri verib.Movqe.az bildirir
ki, Krasnoyarsk şəhərində
Sibir Federal Universitet
şagirdlərilə görüşən Medvedev ona verilən
sevgi suallarını cavablandırıb. Bir
şagirdin, "Sevdiyim
qızı, özümə necə
aşiq edə bilərəm?" sualına
Medvedev, "Təbii ki
hər insan kimi
mən də çox şey
yaşadım. Universitetdə oxuduğumuz
illərdə və hələ gənckən
bəlkə öz duyğularımızı
fərqli qiymətləndirə bilirik.
Xüsusilə tələbəlik dövrü
ən gözəl dövrdür.
Məncə, sizin bu
dövrünüzdə təkidli olmanız
lazımdır. Öz təcrübəmdən
bilirəm. Əgər bu
işdə təkidli davransan,
bu vəziyyətdə hər
zaman müvəffəqiyyətə
çatarsan. Təbii ki
həqiqətən də sevir
və onunla birlikdə
olmaq istəyirsənsə. Məhəbbət
hər zaman qazanar!
" deyib. Rusiya baş naziri
universitet tələbələri ilə
görüşməzdən əvvəl də
saatını hədiyyə etmək
məcburiyyətində qalıb.
Universitetin idman
təsislərini ziyarət edərkən,
bir idmançı Medvedevin
qol saatını hədiyyə
etməsini xahiş edib.
İdmançının xətrinə dəymək istəməyən
Medvedev saatını qolundan
çıxararaq hədiyyə edib.
"Yaxşı ki, bahalı saat deyil" deyə zarafat
edib.