Əlaqə Arxiv
news Image
2017.06.02
13:05
| A A A
NASA ilə çalışan şirkət: "Yadplanetliləri axtarmaq üçün uzaqlara getməyə ehtiyac yoxdur, onlar bizim aramızdadır

"CBC News" televiziyasında yayımlanan "60 Minutes" adlı proqramın qonağı olan NASA ilə çalışan "Bigelow Aerospace" şirkətinin qurucusu Robert Bigelow maraqlı açıqlama verib. Movqe.az xəbər verirk i, o, yadplanetlilərin aramızda olduğunu söyləyib. Beləcə, yadplanetlilərin dünyada var olduğuna dair iddialara daha bir yenisi əlavə olundu. Dünya xaricindəki sivilizasiyaları tapmaq üçün milyonlarla dollar pul xərclədiyini söyləyən Bigelowun xərclədiyi pul miqdarına dair məlumat verməməsi diqqətləri çəkib. Bigelow insanlığın kosmosdakı gələcək missiyası haqqında soruşulan suallar qarşısında, "Yadplanetliləri tapmaq üçün çox uzaqlara getməyə ehtiyac yoxdur. Onlar tam olaraq burnumuzun dibində" deyərək dinləyənləri həyəcanlandırıb.

Proqramın aparıcısı Lara Logan Bigelowa ictimai içində yadplanetlilərə inandığını söyləməsinin riskli olub-olmadığını soruşub. "İnsanların sizin dəli olduğunuzu düşünməsindən qorxmursunuz?" sualı qarşısında Bigelow, "vecimə deyil, bunlarla maraqlanmıram" deyib.

Qeyd edək ki, NASA ilə çalışmış "Bigelow Aerospace" şirkəti əvvəllər yadplanetlilərin varlığını qəbul etməyib.

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz