Əlaqə Arxiv
news Image
2017.06.09
21:00
| A A A
63 yaşlı ərəb milyarder 27 yaşlı xanımını təbrik etdi - FOTO

27 yaşıl moldovan supermodel Kaseniya Deli 63 yaşlı əri, ərəb milyarder Üssamə Fəthi Rəba əl Şərifi çox sevir. ABŞ-ın Los-Anceles şəhərində yaşayan modelin dediyinə görə, ərinin ona olan hissləri də analojidir.

Movqe.az TMZ-yə istinadən bildirir ki, Kseniya ilə nikahının 1 ilinin tamam olması münasibətilə 63 yaşlı əri ona bir neçə lüks avtomobil, çox bahalı zinət dəstləri və s. almaqla yanaşı, çəhrayı rəngli çiçəklər və hava şarları da yollayıb.

Hazırda Misirin paytaxtı Qahirədə yaşayan ərindən belə hədiyyələr alması Kseniya Delini kövrəldib.

K.Deli FHM, GQ, Sports Illustrated, Vogue, Harper's Bazaar, Maxim və s. jurnallar üçün fotosessiyalara çəkilib, "Victoria's Secret"in dəfilələrində iştirak edib. O, 2015-ci ildə kanadalı müğənni Castin Biberin "What Do You Mean" mahnısının videoklipində də yer alıb.

Moldovan supermodel 2016-cı ilin iyun ayında "Amiral Holdings Limidet"in sahibi Üssamə Fəthi Rəba əl Şərifə ərə gedib.

Toy İtaliyanın Santorini adasında olmuşdu.

 

 

Sizin Reklam Yeriniz