Əlaqə Arxiv
news Image
2017.06.09
22:40
| A A A
Bu ölkədə ödənişli VIP həbsxanalar tikiləcək

Kambocanın hökumət orqanları yaxşılaşdırılmış saxlanma şəraiti olan həbsxana tikəcək. Məhbuslar bu həbsxana üçün pul ödəməlidirlər.

Movqe.az xəbər verir ki, ödənişli həbsxanaya ilk mərhələdə 400 nəfər yerləşdiriləcək. İmkanlı məhbusların ödəməli olduğu məbləği isə tikinti kompaniyası təyin edəcək.

Həbsxanaların idarə olunması üzrə yerli departamentin nümayəndəsinin sözlərinə görə, yeni təcridxanalar daha geniş kameralarla, həmçinin idman və ibadət otaqları ilə təchiz ediləcək. Dörd milyon dollara başa gələcək həbsxananın tikintisi ilə Çinin “Kunn Rekon Holdings” kompaniyası məşğul olur. Bu həbsxana 1,2 min məhbus üçün nəzərdə tutulur.

Müqaviləyə əsasən ilk bloku 2018-ci ilin ortalarında istifadəyə veriləcək həbsxananın gəlirini 45 il ərzində yerli hökumət və tikinti kompaniyası öz aralarında böləcək. (AzərTac)

Sizin Reklam Yeriniz